NATO-NUN MOBİL TƏLİM QRUPU İLƏ TREYNİNQ KEÇİRİLİR

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu ilə “Əməliyyatların planlama prosesi” mövzusunda treyninq keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən treyninqdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunur.

NATO-nun Mobil Təlim Qrupu ilə treyninq keçirilir (FOTO)

NATO-nun Mobil Təlim Qrupu ilə treyninq keçirilir (FOTO)