NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsinə münasibət bildirib.
Xavyer Kolomina özünün “Twitter” hesabında qeyd edib ki, NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.
“Doğrudan da yaxşı xəbərdir. NATO həm Ermənistan, həm də Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir. NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına tərəfdardır. Bu, regionda sabitliyin və rifahın artmasına töhfə verəcək”, – NATO Baş katibinin xüsusi nümayəndəsi qeyd edib.