NASİR KƏNANİ: İRAN AZƏRBAYCANIN TEHRANDAKI SƏFİRLİYİNİN TƏHLÜKƏSİZLİYİNƏ ÇOX CİDDİ ZƏMANƏT VERİR

İran Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmin olunmasına çox ciddi zəmanət verir.

İRNA agentliyi xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nəsir Kənani Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Bakıda azərbaycanlı həmkarı və Prezident İlham Əliyevlə səmərəli görüşləri olub.

“İran-Azərbaycan münasibətlərində müsbət dinamika müşahidə olunur. İran diplomatik korpusun təhlükəsizliyi ilə bağlı öz öhdəliklərini dərk edir və məsuliyyətlə hərəkət edir. Azərbaycan səfirliyi maksimum dərəcədə mühafizə olunacaq və biz ümid edirik ki, səfirliyin açılışını yaxın gələcəkdə görəcəyik”, – deyə Nəsir Kənani vurğulayıb.