NASA-nın Artemis missiyası üçün nəzərdə tutulan “Orion” kosmik gəmisi “Kennedi” kosmik mərkəzində uğurla akustik sınaqdan keçirilib.
NASA xəbər verir ki, bu sınaq Artemisin qarşıdakı 10 günlük Ay səyahətinə hazır olduğunu göstərir.
Yoxlanış zamanı NASA mühəndisləri “Kennedi” kosmik mərkəzində yerləşən “Neil Amstronq” əməliyyatlar və yoxlama binasının hündür körfəzində texniki vəziyyəti yoxlanışdan keçiriblər. Sınağın bir nömrəli qayəsi “Orion” gəmisinin qarşıdakı 10 günlük missiya ərzində sürət və vibrasiyaya tab gətirib-gətirə bilməyəcəyini yoxlamaq olub.
NASA mühəndisləri texniki təchizatın tam ödənilməsi və Artemis missiyasının icrasında heç bir ləngimə olmayacağı barədə məlumat veriblər.