NASA “HUBBLE” TELESKOPUNUN İŞİNİ BƏRPA EDİB

Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) mütəxəssisləri “Hubble” teleskopununun cümə günü işini bərpa ediblər.

Bu barədə NASA-nın saytında bildirilib.

“Cümə günü, dekabrın 8-də NASA “Hubble” kosmik teleskopu ilə elmi araşdırmaları bərpa etdi”, – deyə qeyd olunub.

NASA-dan bildirilib ki, teleskopun iki əsas kamerası yenidən işə salınıb. Mütəxəssislər bu ayın sonunda rəsədxananın spektroqraflarının fəaliyyətini bərpa etməyi planlaşdırırlar.