NƏZƏRİYYƏ FƏNLƏRİ ÜZRƏ İMTAHANLARDA UĞUR QAZANAN ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ

Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanlarında iştirak edən abituriyentlər test imtahanlarının nəticələrinə uyğun digər komissiyalar üzrə də qeydiyyatdan keçə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, qeydiyyat iyulun 6-sı saat 23:59-a qədər aparılacaq.

Nəzəriyyə fənləri üzrə seçim DİM-in saytında verilmiş cədvələ uyğun aparılır. Abituriyentlər ümumilikdə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər. Nəzəriyyə fənlərinin komissiyalar üzrə keçid balları ilə DİM-in saytındakı link vasitəsilə tanış olmaq mümkündür.