NƏRİMANOV RAYONUNUN BİR HİSSƏSİNDƏ NƏQLİYYATIN HƏRƏKƏTİ MƏHDUDLAŞDIRILACAQ

Mayın 10-da saat 08:00-dan mayın 13-ü saat 22:00-dək Bakı şəhərinin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Ziya Bünyadov prospektindən Akademik Həsən Əliyev küçəsinədək, “N.Nərimanov” metro stansiyası istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən qeyd edilən müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.