NƏQLİYYAT İNFRASTRUKTURU OBYEKTLƏRİNƏ DAİR YENİ DÖVLƏT STANDARTI QƏBUL EDİLİB

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 749-2023 “Nəqliyyat infrastrukturu obyektlərinin adlandırılması, daşınmaz əmlak obyektlərinə ünvanın verilməsi, ünvan lövhələrinin hazırlanması və quraşdırılması” dövlət standartı qəbul edilib.

AZSTAND xəbər verir ki, standarta görə ünvan reyestrinə daxil edilən və açıq hesab edilən məlumatların müvafiq internet saytında yerləşdirilməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təmin olunur. Dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilən ünvanlardan istifadə etməlidirlər.

Standart institut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.