NƏQLİYYAT DƏHLİZLƏRİNDƏ YÜK DAŞIMALARININ HƏCMİ AÇIQLANIB

2026-cı ilin yanvar-fevral aylarında Azərbyacan ərazisi üzrə nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 2 milyon 14,4 min ton, dəniz nəqliyyatı ilə 811,2 min ton və avtomobil nəqliyyatı ilə 1 milyon 808,8 min ton yük daşınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə nəqliyyat dəhlizlərinin strukturunda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 43,5%, dəniz nəqliyyatı ilə yük daşımaları 17,5%, avtomobil nəqliyyatı ilə isə bu göstərici 39% paya malik olub.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə yük daşımaları 20,2%, dəniz nəqliyyatı ilə 30,6% azalıb, avtomobil nəqliyyatı ilə isə 10% artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 2 milyon 525,2 min ton, dəniz nəqliyyatı ilə 1 milyon 169,2 min ton və avtomobil nəqliyyatı ilə 1 milyon 649 min ton yük daşınıb.