MYANMADA ZƏLZƏLƏ QURBANLARININ SAYI 3,8 MİN NƏFƏRƏ ÇATIB

Myanmada baş vermiş dağıdıcı zəlzələdə ölənlərin sayı 3,8 min nəfərə çatıb.

Bu barədə “Global New Light of Myanmar” qəzeti yazır.

Nəşrin yazdığına görə, Myanmanın yanğınsöndürmə xidmətinin xilasedicilər, beynəlxalq xilasetmə təşkilatlarının əməkdaşları ilə birgə fəlakət zonasında zəlzələ qurbanlarının axtarışını davam etdirir.

Ölənlərlə yanaşı, təbii fəlakət zamanı yaralananların 5,1 min nəfər çatdığı, 100-dən çox insanın isə itkin düşənlərin siyahısında olduğu bildirilir.

Xatırladaq ki, martın 28-da Myanmarda 8,2 bal gücündə zəlzələ olub.