MUXTAR BABAYEV: QARABAĞDA TÖRƏDİLƏN EKOLOJİ CİNAYƏTLƏRLƏ BAĞLI İŞLƏR DAVAM EDİR

Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı genişmiqyaslı işlər davam edir.

Bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O qeyd edib ki, bunun üçün həm yerli, həm beynəlxalq təşkilatlar cəlb olunublar.

“Əminəm ki, qısa zamanda işlər tamamlanacaq və dövlətimiz tərərfindən müvafiq hüquqi aktlar tərtib olunacaq”, – deyə o bildirib