“MÜXTƏLİFLİYİN QORUNMASI: 2024-CÜ İLDƏ İSLAMOFOBİYA İLƏ MÜBARİZƏ” MÖVZUSUNDA TƏDBİRLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLİR

Martın 5-də “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçiriləcək beynəlxalq elmi konfransla bağlı mətbuat konfransı təşkil olunub.

Mətbuat konfransı cari il martın 8-9-da ölkəmizdə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci ildönümünə həsr olunan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfransla əlaqədar təşkil edilib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə dünyanın 32 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarından 130-dan çox nümayəndənin iştirakı gözlənilir.