MUSTAFA ŞENTOP: “ERMƏNİLƏRİN TƏXRİBATLARI DAVAM ETDİKCƏ SÜLHÜ TƏMİN ETMƏK MÜMKÜN OLMAYACAQ”

Ermənilərin sərhəddə təxribatları davam etdikcə bölgədə sülhü təmin etmək mümkün olmayacaq.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Şentop bildirib ki, Ermənistanın təxribatlarının indiyə qədər acı nəticələrini görmüşük: “Əgər bundan sonra da bu təxribatlar davam edəcəksə acı nəticələri olacaq. Beynəlxalq birlik də Ermənistanı bölgədə sülhü təhdid edən təxribatlardan çəkinməyə çağırmalıdır”.