MUSTAFA BABANLI ADNSU-NUN REKTORU VƏZİFƏSİNDƏN AZAD EDİLİB

Prezident İlham Əliyev M.B.Babanlının Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsindən azad edilib.