
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə imtahan keçirib. İmtahanlar Bakı, Gəncə, Naxçıvan şəhərlərində təşkil edilib. İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib.
Bu barədə DİM-dən məlumat verilib.
Abituriyentlər imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (“Azercell”, “Bakcell”, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda 1064 nəfər iştirak edib.
Harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənlərinin hər biri üzrə iştirakçılara 30 qapalı tipli tapşırıq təqdim olunub.
Qiymətləndirmə fənlərin hər biri üzrə 10 ballıq şkalada aparılıb.