MUSİQİ MƏKTƏB VƏ MƏRKƏZLƏRİNƏ QƏBUL İMTAHANLARININ NƏTİCƏLƏRİ İLƏ BAĞLI SƏNƏDLƏRİN QEYDİYYAT MÜDDƏTİ UZADILIB

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qəbulu və qeydiyyat müddəti 12 sentyabr saat 18:00-dək uzadılıb.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, namizədlər tələb olunan sənədləri “MyCulture” şəxsi kabineti üzərindən sistemə yükləməklə qəbulunu təsdiqləyə bilərlər.