MUSİQİ, İNCƏSƏNƏT MƏKTƏB VƏ MƏRKƏZLƏRİNƏ QƏBUL İMTAHANLARININ NƏTİCƏLƏRİ AÇIQLANIB

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri elan olunub.

Nazirlikdən bildirilib ki, namizədlər nəticələrlə “exam.culture.az” portalı vasitəsilə tanış ola bilərlər.

İmtahan nəticəsindən narazı olan namizədlər iyulun 16-dan 18-dək “MyCulture” vahid şəxsi kabineti vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərə 10 iş günü ərzində baxılacaq.

Məktəb və ixtisas seçimi apellyasiya prosesi yekunlaşdıqdan sonra “MyCulture” şəxsi kabineti üzərindən aparılacaq.