MUSİQİ, İNCƏSƏNƏT MƏKTƏB VƏ MƏRKƏZLƏRİNƏ 2025/2026-CI TƏDRİS İLİ ÜZRƏ QƏBUL İMTAHANLARININ NƏTİCƏLƏRİ AÇIQLANIB

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, namizədlər nəticələrlə “MyCulture” vahid şəxsi kabineti vasitəsilə tanış ola bilərlər.

Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.