MUSİQİ FORUMUNUN İKİNCİ GÜNÜ PANEL SESSİYALARLA DAVAM EDİR

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumunun ikinci günü oktyabrın 30-da işini davam etdirib.

“Gamma group” şirkətinin direktoru, pianoçu Zəhra Bədəlbəylinin moderatorluğu ilə keçirilən “Milli musiqi sənayesinin inkişafı” adlı panel sessiyada musiqi sənayesinin ekosisteminin formalaşması, daxili bazarın imkanlarının genişləndirilməsi, musiqi məhsullarının yeni kommersiyalaşma üsulları və bu kimi digər mövzular müzakirə olunacaq.

Qeyd edək ki, oktyabrın 29-da “Gülüstan” Sarayında tədbirin açılış mərasimi keçirilib. Forum oktyabrın 31-də başa çatacaq.