MÜLKİ PROSESSUAL MƏCƏLLƏYƏ DƏYİŞİKLİK EDİLİB

Azərbaycanda dövlət hesabına vəkillə təmin olunacaq şəxslərin əhatə dairəsi müəyyənləşib.

Prezident İlham Əliyev bununla bağlı Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Qanunda deyilir:

“Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir”.