MÜLKİ MƏCƏLLƏDƏ NƏZƏRDƏ TUTULMUŞ HALLARIN SATINALMA MÜQAVİLƏSİNƏ TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ QAYDASI DƏYİŞİB

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarı imzalayıb.

Qərara əsasən, Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi satınalma predmetinin qiymətlərinin azalmasına səbəb olduqda – satınalan təşkilat dəyişikliyin baş verdiyi gündən 20 (iyirmi) iş günü müddətində təchizatçı qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ
qaldırır.

Qiymətlərə yenidən baxılması barədə məsələ ilə bağlı tərəflər öz qərarı barədə 10 (on) iş günü müddətində qarşı tərəfə rəsmi məlumat verir.