MÜDAFİƏ NAZİRLİYİNİN RƏHBƏRLİYİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.