MÜDAFİƏ NAZİRLİYİNİN RƏHBƏRLİYİ İKİNCİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB

İyulun 12-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb və ruhlarına dualar oxunub.
Sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin, eləcə də xiyabanda dəfn olunan digər şəhidlərimizin məzarları ziyarət edilib, üzərilərinə gül dəstələri düzülüb.