MÜDAFİƏ NAZİRLİYİNİN RƏHBƏR HEYƏTİ İNŞASI DAVAM ETDİRİLƏN ZƏFƏR PARKINDA OLUB

Sentyabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirliyin rəhbərliyi və bir qrup şəxsi heyəti parkın girişindəki xatirə daşının üzərinə gül dəstələri qoyublar.