MÜDAFİƏ NAZİRLİYİNƏ YENİ SƏLAHİYYƏT VERİLİB

“Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”na dəyişiklik edilib.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nın 1.5-ci bəndinə “Səhiyyə Nazirliyinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin” sözləri əlavə edilib.

Dəyişiklikdən sonra Müdafiə Nazirliyi də tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinin attestasiyası və onlara ixtisas dərəcəsinin verilməsi üçün yaradılan ekspert-ixtisas komissiyalarında təmsil olunacaq.