MÜDAFİƏ NAZİRLİYİ VƏTƏNDAŞLARA MÜRACİƏT EDİB

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildirir ki, narahatlığa heç bir əsas yoxdur.