MÜDAFİƏ NAZİRLİYİ QUBADLI RAYONUNUN YUXARI MOLLU KƏNDİNİN VİDEOGÖRÜNTÜLƏRİNİ PAYLAŞIB

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun Yuxarı Mollu kəndinin videogörüntülərini yayıb.
Həkəri çayının sahilində yerləşən Yuxarı Mollu kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində düşməni ağır məğlubiyyətə uğradan rəşadətli Azərbaycan Ordusu noyabrın 9-da kəndi işğaldan azad edib.