MÜDAFİƏ NAZİRLİYİ: ORDUMUZUN ERMƏNİ MÖVQELƏRİNİ ATƏŞƏ TUTMASI BARƏDƏ MƏLUMAT TAMAMİLƏ YALANDIR

İyunun 12-si saat 14:15-də Azərbaycan Ordusunun bölmələri guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətəuyğun deyil.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.