Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbiçisinin atəş nəticəsində ölməsi ilə bağlı iddialara münasibət bildirib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
“Bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda qeyd olunub.