MÜDAFİƏ NAZİRLİYİ: ORDUMUZUN ATƏŞ AÇMASI NƏTİCƏSİNDƏ ERMƏNİ HƏRBİ QULLUQÇUSUNUN HƏLAK OLMASI XƏBƏRİ YALANDIR

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində açılan atəş nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.

Bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

“Bu xəbəri qəti surətdə təkzib edirik”, – deyə məlumatda qeyd edilib.