MÜDAFİƏ NAZİRLİYİ: KƏLBƏCƏR VƏ GƏDƏBƏY RAYONLARINDA YERLƏŞƏN MÖVQELƏRİMİZ ERMƏNİSTAN TƏRƏFİNDƏN ATƏŞƏ TUTULUB

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Cavab atəşi açılmayıb. İtki yoxdur.