MÜDAFİƏ NAZİRLİYİ: İSTİFADƏYƏ YARARSIZ DÖYÜŞ SURSATLARININ SEYFƏLİ POLİQONUNDA UTİLİZASİYASI DAVAM ETDİRİLİR

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, döyüş sursatlarının utilizasiya prosesi 2022-ci il martın 28-dən aprelin 2-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

“Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq”, – deyə nazirliyin məlumatında qeyd olunub.