MÜDAFİƏ NAZİRLİYİ HAZIRLIQ PLANINA UYĞUN TAKTİKİ TƏLİM KEÇİRİB 

2026-cı il üçün hazırlıq planına uyğun olaraq N hərbi hissəsinin taktiki təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində bölmələrin tapşırıqların icrası ilə bağlı fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib, komandirlərin qəbul edilmiş qərarlara dair məruzələri dinlənilib.

Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.

Müdafiə Nazirliyi hazırlıq planına uyğun taktiki təlim keçirib (FOTO)

Müdafiə Nazirliyi hazırlıq planına uyğun taktiki təlim keçirib (FOTO)

Müdafiə Nazirliyi hazırlıq planına uyğun taktiki təlim keçirib (FOTO)