MÜDAFİƏ NAZİRLİYİ: ERMƏNİSTAN TƏRƏFİ TƏXRİBATLARININ MİQYASINI GENİŞLƏNDİRMƏYƏ CƏHD EDİR

Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür.