MÜDAFİƏ NAZİRLİYİ: ERMƏNİSTAN TƏRƏFİ NÖVBƏTİ TƏXRİBATA ZƏMİN YARADIR

Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.

“Bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə məlumatda qeyd edilib.