MÜDAFİƏ NAZİRLİYİ: ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ ZƏRBƏ PUA-LARI TƏTBİQ EDİR

Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir.

Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur.