MÜDAFİƏ NAZİRLİYİ: ERMƏNİSTAN MÖVQELƏRİNİN ATƏŞƏ TUTULMASI BARƏDƏ QARŞI TƏRƏFİN YAYDIĞI MƏLUMAT TAMAMİLƏ YALANDIR

Sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə nazirliyin açıqlamasında qeyd olunur.