MÜDAFİƏ NAZİRLİYİ: ERMƏNİSTAN DEZİNFORMASİYA XARAKTERLİ MƏLUMAT YAYMAQLA ÖZ ÇİRKİN ƏMƏLLƏRİNƏ DON GEYİNDİRMƏYƏ ÇALIŞIR

Ermənistan Müdafiə Nazirliyi uğursuz təxribatını ört-basdır etmək məqsədilə yaydığı videomaterialda əks olunan görüntülərin, o cümlədən avtomobil texnikasının baş vermiş insidentlə heç bir əlaqəsi yoxdur.

Bunu polkovnik Anar Eyvazov Ermənistan Müdafiə Nazirliyinin yaydığı videomateriala münasibət bildirərkən deyib.

Qeyd edib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan erməni diversant hərbi qulluqçularımızın köməyi ilə dərhal UAZ- 390945 markalı avtomobil vasitəsilə yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib.

Qarşı tərəf bu cür dezinformasiya xarakterli məlumat yaymaqla öz çirkin əməllərinə don geyindirməyə və bununla da ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır.