MÜDAFİƏ NAZİRLİYİ: ERMƏNİ MƏTBUATINDA AZƏRBAYCAN ƏRAZİSİNDƏKİ QANUNSUZ ERMƏNİ SİLAHLISININ ÖLDÜRÜLMƏSİ BARƏDƏ YAYILAN MƏLUMAT ƏSASSIZDIR

Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya açılan atəş nəticəsində Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvü Qor Martirosyanın öldürülməsi barədə yayılan məlumat əsassızdır və tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Bildiririk ki, bu kimi yalan məlumatların yayılması dekabrın 5-də axşam saatlarında qarşı tərəfdə baş vermiş ölümlə nəticələnən növbəti cinayətin ört-basdır edilməsi cəhdidir”, – deyə məlumatda bildirilir.