MÜDAFİƏ NAZİRLİYİ: DIĞ YAŞAYIŞ MƏNTƏQƏSİ İSTİQAMƏTİNDƏ ERMƏNİ HƏRBÇİSİNİN YARALANMASI YALANDIR

Dığ yaşayış məntəqəsi istiqamətində erməni hərbçisinin yaralanması yalandır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Aprelin 29-u saat 18:05 radələrində guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”, – deyə qeyd olunub.