
Mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyət nəticəsində yeni təminat yolları çəkilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, cari ilin iyul ayı ərzində 70 km-dən artıq mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.
