MÜDAFİƏ NAZİRLİYİ: BÖLMƏLƏRİMİZ GÜC TƏTBİQ ETMƏDƏN MÖVQELƏRİN DƏQİQLƏŞDİRİLMƏSİNİ DAVAM ETDİRİR

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

Bunu Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.

“Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”,- məlumatda qeyd edilir.