MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCANDAKI RUSİYA SÜLHMƏRAMLI KONTİNGENTİNİN ŞƏXSİ HEYƏTİ, SİLAH VƏ TEXNİKASI ƏRAZİMİZİ TAM TƏRK EDİB

Vətən müharibəsindən sonra Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.