MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN ORDUSUNUN ZOD MƏDƏNİNDƏ MÜLKİ ERMƏNİ İŞÇİLƏRƏ ATƏŞ AÇMASI YALANDIR

Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Bu xəbəri qəti surətdə təkzib edirik”, – məlumatda deyilir.