MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN ORDUSUNUN QIRMIZI BAZAR İSTİQAMƏTİNDƏ ATƏŞ AÇMASI BARƏDƏ ERMƏNİ MƏTBUATINDA YAYILAN MƏLUMAT YALANDIR

Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəsin pozulması iddialarını təkzib edib.

Bu barədə Nazirlikdən bildirilib.

“Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir”- deyə açıqlamada qeyd olunur.