MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN ORDUSUNUN GUYA ERMƏNİSTANLA DÖVLƏT SƏRHƏDİ İSTİQAMƏTİNDƏ QARŞI TƏRƏFİ ATƏŞƏ TUTMASI İLƏ BAĞLI MƏLUMATLAR YALANDIR

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu qarşı tərəfin növbəti dezinformasiyasıdır”, – deyə məlumatda vurğulanıb.