MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN ORDUSUNUN ERMƏNİSTAN MÖVQELƏRİNİ ATƏŞƏ TUTMASI BARƏDƏ MƏLUMAT TAMAMİLƏ YALANDIR

Avqustun 23-ü saat 01:05-dən 02:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, -deyə nazirliyin məlumatında qeyd olunub.