MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN ORDUSUNUN ERMƏNİSTAN BÖLMƏLƏRİNƏ ATƏŞ AÇMASI MƏLUMATI YALANDIR 

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dekabrın 20-si saat 00:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda bildirilir.