MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN ORDUSUNUN ERMƏNİSTAN BÖLMƏLƏRİNƏ ATƏŞ AÇMASI BARƏDƏ MƏLUMAT YALANDIR

Noyabrın 12-də saat 18:00-dan 19:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya qarşı tərəfin bölmələrinə atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – nazirliyin açıqlamasında deyilir.