MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN ORDUSUNUN BÖLMƏLƏRİ TƏRƏFİNDƏN GUYA TƏXRİBAT TÖRƏDİLMƏSİ BARƏDƏ MƏLUMAT TAMAMİLƏ YALANDIR

Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik.

Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır”, – deyə məlumatda qeyd olunub.